"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze bir futbolçudan imtina edib. Fanat.az xəbər verir ki, gürcü mütəxəssis Elhad Nəzirinin xidmətinə ehtiyac duymayıb.
Belə ki, bir ara Berti Foqtsun A milliyə çağırdığı müdafiəçi "İnter"in Antalya toplanışına aparlımayıb. Elhad artıq klub axtarışına başlayıb.
Qeyd edək ki, yayda Rumıniyanın "Petrolul" klubunu tərk edən Nəziri "Rəvan"la danışıqlar aparmış, daha sonra isə "İnter"lə müqavilə bağlamışdı. Lakin Tsxadadze ona əsas heyətdə debüt şansı verməyib.
Onu da qeyd edək ki, "İnter" bundan əvvəl Daniel Genov, İlço Naumoiski, Flavio Bek, Joao Paulo və Ramil Mansurovla yollarını ayırıb.
Fanat.az