Tsxadadze 1-ci oldu

Tsxadadze 1-ci oldu
"İnter"in rəsmi saytı 2013-cü ilin yekunlarıyla bağlı yazılar təqdim etməkdə davam edir. İndi isə başa çatmaqda olan ilin ən yaxşı bombardirini müəyyənləşdirmək vaxtıdı.
Belə ki, 39 rəsmi oyunda “İnter” rəqiblərinin qapısından 60 top keçirib. Bu oyunlarda komandanın heyətində 18 futbolçu fərqlənib. 2013-cü ildə “İnter”in heyətində fərqlənə bilmiş ən gənc futbolçu Fuad Bayramov, ən böyüyüsə Aleksandr İaşvili olub.
 
Başa çatmaqda olan ildə “İnter”in ən yaxşı bombardiri Baçana Tsxadadze olub. Onun aktivində 11 qol var. Forvard 7 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan Kuboku oyunlarında və 2 dəfə də Avropa Liqası matçlarında fərqlənib. Tsxadadze ən çox “Rəvan”nın qapısından top keçirib - 4. Onun “Bakı”nın qapısından keçirdiyi qolların sayı 3-ə bərabərdi. “Xəzər Lənkəran”, “Mariehamn”, “Tromse” və AZAL ilə oyunlarda isə 1 dəfə qol sevinci yaşayıb. 
Məhsuldarlığa görə ikinci yeri “İnter”in kapitanı Vaqif Cavadov tutur. Forvard komandanın heyətində 23 matç keçirib və 10 dəfə fərqlənmək imkanı tapıb. 2013-cü ildə Asif Məmmədov 8 qola imza atıb.
 
Aşağıdakı cədvəldə 2013-cü ildə fərqlənmiş futbolçularımızın tam siyahısıyla tanış ola bilərsiniz.

№

Futbolçu

Qollar

Qol vurduğu koamnda

1

Baçana Tsxadadze

11

4-Rəvan", 3-"Bakı",1-"Xəzər L", "Mariehamn", "Tromse", AZAL

2

Vaqif Cavadov

10

3-"Neftçi", 2-"Sumqayıt",1- "Mariehamn","Qarabağ","Qəbələ","Rəvan","Bakı"

3

Asif Məmmədov

8

2-"Şuşa",1-"Хəzər L","Bakı","Qəbələ","Mariehamn","Rəvan",AZAL

4

Yuri Fomenko

5

2-"Simurq",1-"Qəbələ","Bakı","Qarabağ"

5

Aleksandr İaşvili

4

2-"Şuşa",1-"Bakı","Neftçi"

6

Matiya Şpiçiç

3

1-"Bakı","Хəzr L","Şuşa "

7

Samir Zərgərov

2

1-"Хəzər L","Qəbələ"

8

Daniel Genov

2

2-"Simurq"

9

Ramil Mansurov

2

1-"Simurq","Qəbələ"

10

Brüs Abdulaye

2

2-"Rəvan"

11

Ruslan Əmircanov

2

1-AZAL,"Şuşa"

12

Abdulla Abatsiyev

2

1-"Şuşa","Sumqayıt"

13

İlia Kandelaki

1

"Bakı"

14

Fuad Bayramov

1

"Qarabağ"

15

Arif Daşdəmirov

1

"Qəbələ"

16

Leo Roşa

1

"Bakı"

17

Slavço Georgiyevski

1

"Qəbələ"

18

İlqar Ələkbərov

1

"Simurq"

19

Adil İbrahimov(Avtoqol)

1

"Sumqayıt"

inter.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər