Uzun müddət “Beşiktaş”ın kapitanı olan İbrahim Toramanın “Xəzər Lənkəran”da oynamaq perspektivi haqda yazmışdıq. Ancaq bu gedişlə Toraman ağ-yaşıl formanı geyməyəcək. Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Slaven Biliç İbrahim Toramanla Sezer Öztürkü bağışlayıb.
Oktyabrda Xorvatiyanın “Hayduk” klubu ilə yoldaşlıq matçında bir-biri ilə dalaşdıqları üçün transferə çıxarılan futbolçular heyətə qaytarılıb.
Fanat.az