Kiyev "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, rəhbərlik komandanı Sergey Rebrova tapşırıb.
Bu barədə "Dinamo"nun rəsmi saytı məlumat yayıb. Rebrov bu postda "Şaxtyor"a məğulbiyyətdən sonra istefaya göndərilən Oleq Bloxini əvəzləyib. İndiyədək komandada məşqçi işləyən Sergey mövsümün sonunadək "Dinamo"ya başçılıq edəcək.
Qeyd edək ki, Rebrov futbolçu karyerası ərzində 1992-2000 və 2005-2008-ci illərdə "Dinamo"da top qovub. O, 2009-cu ildə komandaya məşqçi kimi dönmüşdü. Əvəlcə əvəzedici heyətdə məşqçi işləyən veteran futbolçu daha sonra əsas komandaya köməkçi təyin olunmuşdu.
Onu da qeyd edək ki, hazırda "Qəbələ"yə başçılıq edən Yuri Syomin 2007-2009 və 2010-2012-ci illərdə "Dinamo"nu çılaşdırıb. Rebrov 2007-2008-ci illərdə Syominin başçılığı altında oynayıb.
Fanat.az