Bəzi klublar özlərindən qat-qat güclü və varlı klublarla mübarizədən qalib ayrılaraq çempionluq sevinci yaşaya bilib. Fanat.az yaxın tarixdə qeydə alınmış 5 belə hadisəni təqdim edir.
2008/09 mövsümü, Volfsburq
Bundesliqada "Bavariya" hegemonluğuna son qoyulduğu illərdə parlayan klublardan biri də "Volfsburq" olmuşdu. Komanda 2008/09 mövsümündə Edin Dzeko, Zveydan Misimoviç və Qrafiteli heyəti ilə uğurlu çıxış edərək Almaniya çempionu tituluna sahib çıxmışdı.
2009/10, Bursaspor
2009/10 mövsümündə Super Liqada olmaz deyilən bir olay oldu və Anadolu klubu çempionluq sevinci yaşadı. Bu mövsümədək "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor"dan savayı heç bir klub çempionluq sevinci yaşamamışdı. Lakin "Bursaspor" "Fənərbaxça"dan liderliyi alıb, son turda əzəli rəqibi "Beşiktaş"ı yenərək tarixində ilk dəf çempion titulunu qazandı. Ertoğrul Sağlamın başçılıq etdiyi komandada Ozan İpek, Volkan Şen və Sercan Yıldırım kimi futbolçular ön plana çıxdı. Həmin mövsümdən yada qalan başqa bir məqam isə "Fənərbaxça" fanatlarının yalnış anons səbəbindən özlərini çempion hesab edib sevinməsi olmuşdu.
2009/10, Tvente
"Ayaks"la çempionluq yarışına girən "Tvente" rəqibinin qol gücünə rəğmən son dəqiqəyə qədər liderliyi əlində saxladı. Həmin mövsüm 106 qol vurub 20-sini buraxan "Ayaks" 85 xal toplamışdı. "Tvente" isə 63-ünü vurub 23-nü buraxaraq rəqibindən bir oyun az uduzmaqla çempionluğu bayram etmişdi. Həmin mövsümə damğa vuran futbolçular hazırda "Liverpul"da çıxış edən "Ayaks"lı Luis Suareslə, "Tvente"də oynamış Brian Ruiz və Miroslav Stoç olmuşdu.
2010/11, Borussiya Dortmund
Mövsümün bitməsinə iki mövsüm qalmış çempionluğunu elan edən "Borussiya" bir neçə il əvvəl iflasın bir addımlığından dönmüşdü. Yurgen Kloppla yenidən özüqə gələn Dortmund klubunu nəyinki heç kimi çempionluğa namizəd hesab etmirdi, adı heç avrokuboklara vəsiqə qazanmağa namizədlər arasında da yox idi. Lakin aşağı yaş qruplarından gələn futbolçular və gənc ulduzların sintezi "Borussiya"nı ölkənin ən güclü komandasına çevirdi. Həmin mövsüm Robert Levandovskinin ulduzu parlamışdı.
2011/12, Monpelye
Olivier Qiroud, Yunes Belhanda, Hilton və Bedimo kimi futbolçulardan qurulmuş "Monpelye" sürprizə imza ataraq PSJ, "Lill", "Olimpik" (Lion) və "Bordo" kimi özündən güclü rəqibləri geridə qoyub çempion olmuşdu. Bu uğurun ardından komandanın ulduz futbolçuları böyük klublara keçsə də, "Monpelye" tarixində ilk dəfə çempionluq sevinci yaşadı və azarkeşlərinrə unudulmaz bir mövsüm yaşatdı.
Fanat.az