İngiltərənin "Daily Mail" qəzeti alman pilot Mixael Şumaxerin Alp dağlarında xizək sürərkən keçirdiyi qəzanın görüntülərini təqdim edib. Fanat.az xəbər verir ki, qəza yerindən təqdim olunan fotolardan "Furmula 1" əfsanəsinin təhlükəsiz cığırdan kənara çıxdığı görünür.
Almaniyanın "Bild" nəşri isə qəza günü ilə bağlı məlumatlar yayılıb. Qəzet yazıb ki, Şumaxer dekabrın 29-da oğlu Micklə (14 yaş) birlikdə Alp dağlarının Fransa hissəsində - Meribel bölgəsində görüşüb. Qrup burdan xizək sürməyə başlayıb. Şumaxer isə uşaqlara diqqət etmək üçün qrupun arxasında yer alıb.
Bu zaman onun dostlarından biri yıxılıb və alman pilot yoldan (pistdən) çıxaraq ona yardım etməyə yollanıb. Lakin o, hündür qar örtüyünün olduğu təhlükəli zonaya düşüb və qayaya çırpılaraq ağır yaralanıb.
Yanındakıların zəngindən 4 dəqiqə sonra ambulans olay yerinə çatıb. Olaydan az sonra həkimlərlə söhbət edən Şumaxerin səhhəti ambulans helikopterlə xəstəxayana aparılarkən pisləşib və komaya düşüb. Nəticədə helikopter təcili yerə enib və 7 qat çempion süni nəfəs aparatına qoşulub.
Fanat.az