Süleymanov: "Vobay ancaq..."

Süleymanov: "Vobay ancaq..."

“Julius Vobay qışda geri qaytarılmayacaq. O, ancaq yay təlim-məşq toplanışında komandaya qoşula bilər”. Bu sözləri Fanat.az-a açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

 

Klub rəsmisi Birləşmiş Ərəb Əmirliklərinin “Əl Şaab” klubuna icarəyə verilən qaradərili yarımmüdafiəçini vaxtından əvvəl geri qaytarmaq haqda düşünmədiklərini qabardıb: “Ərəblərlə bu yöndə hər hansı danışıq olmayıb və mövzu ümumiyyətlə müzakirə edilməyib. Qış fasiləsi dönəmində belə xəbərlərin yayılmasını təbii qarşılayıram. Amma informasiya əsassızdı”.

 

Fanat.az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər