Türkiyənin PTT 1-ci liqasında XIX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" "Şanlıurfaspor"u qəbul edib.
Oyun Ordu təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 10-cu dəqiqədə An?l Tasdemir açıb. 37-ci dəqiqədə isə Branimir Subaşiç matçın hesabını müəyyənləşdirən qola imza atıb.
Qeyd edək ki, 18 oyunda 36 xal toplayan "Orudspor" ili 3-cü pillədə başa vurub. Subaşiçin komandası lider "İstanbul BB"dən 3 xal geri qalır. PTT 1-ci liqada ikinci dövrənin oyunları yanvarın 11-də start götürəcək.
Fanat.az