"Qalatasaray"ın futbolçusu Uesli Sneyder həyat yoldaşı ilə birlikdə tətilini ABŞ-da keçirir. Fanat.az xəbər verir ki, məşhur cütlük Kaliforniyaya üz tutub.
Yeni ilə Amerikada girən Uesli və Sneyder dəniz səyahətinə çıxıb. Bu zaman paparatsilər onları öpüşərkən çəkib.
Kabau tətilləri ilə bağlı sosial mediada fikirlərini bölüşüb: "Möhtəşəm günlər keçiririk. Parlaq partilərin, çoxlu insanların olmadığı yerdə baş-başa idik. Sadəcə ağaclar və ulduzlar var idi. Bəlkə cansıxıcı görünə bilər, amma yaşadığım ən gözəl gecə idi. Bu gün isə dənizdəyik. 4 dostumuz da bizə qoşuldu və 6 nəfər dəniz səyahətinə çıxdıq".
Fanat.az