"Qalatasaray"ın futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau türk filminə çəkiləcək. Fanat.az xəbər verir ki, aktrisa "Polis Akademiyası Alaturka" filmində baş rolu oynayacaq.
Filmdə onun tərəf müqabili Mehmet Ali Erbil olacaq. Çəkilişlər oktyabrın 23-də başlayacaq.
Kabau türk filmində rol alacağı ilə bağlı xəbəri "Twitter"də təsdiqləyib: "Yeni bir türk filmində yer alacam. Həyacanlıyam".
Fanat.az