“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin “quru seriya"sı qırılıb. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasında ardıcıl 5 matçda qol buraxmayan bosniyalı XXX turun “Rəvan”la qarşılaşmasında topu tordan çıxarıb.
5:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin qolkiperi 68-ci dəqiqədə braziliyalı Tyaqo Mirasemanın qoluna məyus olub. Sonuncu dəfə XXIV turun “Neftçi” ilə oyununda qol buraxan qapıçının seriyası 525-ci dəqiqədə qırılıb. Bunadək Şehiçin qapısına qol vuran son futbolçu həmin görüşün 83-cü dəqiqəsində fərqlənən Mirhüseyn Seyidov olmuşdu.
Fanat.az