Şahmat Olimpiadası: Azərbaycan komandası üçüncü oldu

Şahmat Olimpiadası: Azərbaycan komandası üçüncü oldu

Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, ölkənin birinci komandası yarışın sonuncu - 9-cu turunda Türkiyə-Anadolu kollektivini  2,5:1,5 hesabıyla yenərək xalını 13-ə çatdırıb və beləliklə, Olimpiadanın bürünc mükafatına sahib çıxıb.

Qalib 18 xal hasil edən Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.

IX tur

Azərbaycan-1 – Türkiyə-Anadolu - 2,5:1,5 Özbəkistan-2 - Azərbaycan-2 - 2:2 Azərbaycan-4 - Şri-Lanka - 3:1 İngiltərə - Azərbaycan-3 - 2:2 CAR-3 - Azərbaycan-Naxçıvan 0:4 Azərbaycan-Sumqayıt - Gürcüstan-2 - 4:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər