“Neftçi”nin prezidenti Sadıq Sadıqov kluba uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktoru vəzifəsinə təyin edilmiş Yan Versleyeni qəbul edib. Fanat.az xəbər verir ki, görüşdə holland mütəxəssis “Neftçi”dəki gələcək fəaliyyət planı ilə bağlı klub prezidentinə məlumat verib.
Sadıq Sadıqov klubda gənc yerli futbolçulara hər zaman böyük önəm verildiyini, uşaq və yeniyetmə futbolunun inkişafında Yan Versleyenin təcrübəsinin faydalı ola biləcəyini vurğulayaraq, mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, hollandiyalı mütəxəssis “Neftçi”nin aşağı yaş qrupu üzrə komandalarının oyunlarını izləyib.
Fanat.az