FSabri Sarıoğlu və həyat yoldaşı Yağmur 2014-cü ili "Hilton" otelində keçirilən Gülşənin konsertində qarşılayıb. Fanat.az xəbər verir ki, "Qalatasaray"ın kapitanı kameraların yaddaşına gözünün altı qaralmış vəziyyətdə düşüb.
Bəzi iddialara görə, Sabri son dövrlər münasibətlərinin pis olduğu "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəllə dava edib. Lakin əksər mətbuat orqanları onun "Erciyəsspor" matçında komanda yoldaşı Selcuk İnanla toqquşduğunu və gözünün altının qaraldığını yazıb. Halbuki, oyundan sonra Sabrinin gözündən heç bir xəsarət izi yox idi.
Fanat.az