Rövnəq Abdullayev bolqar həmkarı ilə görüşdü

Rövnəq Abdullayev bolqar həmkarı ilə görüşdü
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Bolqarıstan Futbol Federasiyasının prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri Borislav Mihaylovla görüşüb. 
Fanat.az xəbər verir ki, Bakıda keçiriləcək futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunları ilə əlaqədar ölkəmizə gələn Mihaylov Azərbaycana səfərindən məmnunluğunu bildirib, səmimi qarşılanmaya görə minnətdarlıq edib. 
Görüşdə iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, futzal üzrə UEFA kubokunun final mərhələsinin yüksək səviyyədə təşkil olunması barədə geniş fikir mübadiləsi aparılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər