Ruslan Tağızadə imzaladı və danışdı

Ruslan Tağızadə imzaladı və danışdı
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, daha öncə "Neftçi", "Abşeron", "Sumqayıt" və AZAL kimi klublarda top qovan Ruslan Tağızadə ilə 2 illik müqavilə imzalanıb. 
20 yaşlı yarımmüdafiəçi yeni klubu haqda ilkin təəsüratlarını klubun rəsmi saytı ilə bölüşüb: "Qəbələ"nin hədəflərindən xəbərdaram. Qarşısına böyük məqsədlər qoymuş komandanın heyətində çıxış etmək hər bir gənc futbolçunun arzusudu. "Qəbələ"yə keçidimə görə çox sevincliyəm. İnanıram ki, yeni komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər