Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Saarbrukken" "Hessen"in qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rüfət 77-ci dəqiqədə meydana çıxıb. Millimizin üzvü Matt Tayloru əvəzləyib.
Qeyd edək ki, Regional Liqanın cənub-qərb zonasında çıxış edən "Saarbrukken" 14 turda 30 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.
Fanat.az