Portuqaliyanın prezidenti Anibal Kavako Silva Kriştiano Ronaldonu dövlət nişanı ilə təltif edəcək. Fanat.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Ronaldo "Portuqaliyanın dünyaya açılan üzü olması, ölkənin beynəlxalq aləmdə tanınmasında iştirak etməsi və gənc nəsilə örnək olması" səbəbindən təltif olunacaq. Ulduz futbolçuya verilən "Order of Prince Henry" nişanı gələn həftə Lissabondakı Prezident Sarayında təqdim ediləcək.
Fanat.az