"Bu mövsüm ya 7-ci, ya da 8-ci dəfə FIFPro komandasında yer alacam. Rəqəmlər ortadadı. Gördüyüm işlər bu mükafat üçün önəmli işlərdi. Son iki ildəki kimi "Qızıl top"u haqq etdiyimi düşünürəm. Hər il qazanmaq istəyirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo deyib.
Portuqalyialı ulduz "Real"ın sadəcə ondan ibarət olmadığını bildirib: "Real" məndən aslıdı? Bu komnada heç bir futbolçuya bağlı deyil. Amma bəzi oyunçular meydanda fərq yaradır. Çox yaxşı komandayıq və gözəl oyun sərgiləyirik".
Ronaldo sabiq baş məşqçisi Joze Mourinyo ilə bir daha çalışmaq istəyib-istəməməsi ilə bağlı suala da cavab verib: "Ferquson, Pelleqrini və Bolonidə olduğu kimi Mourinyo ilə də yenidən birlikdə çalışmaq istəyərəm. Hamısından çox şey öyrənmişəm".
Ötən il Mourinyo ilə aralarında yaranan problemdən danışan futbolçu "Onu bağışladınmı" sualına belə cavab verib: "Məe hamını bağışlayıram. Kiminsə haqqında pis şeylər demərəm. İstədiyim tək şey uğur. Ətrafımda çox yaxşı insanların olması məni uğura aparır".
Fanat.az