Riçarddan 100 ötürmə, Qaradan 99 faizlik dəqiqlik

Riçarddan 100 ötürmə, Qaradan 99 faizlik dəqiqlik
Premyer Liqanın XXX turun statistik göstəriciləri açıqlanıb. Fanat.az xəbər verir ki, "Qarabağ"ın forvardı Reynaldo Silva 19-cu qolunu vurduğu turun ən yaxşı futbolçusu seçilib. 
Ümumiyyətlə, bu tur bir sıra göstəricilərlə yadda qalıb. Belə ki, "Rəvan"la görüşdə "Qarabağ" 76 faizlik topa sahib olmaqla yadda qalıb. Qapıya 27 zərbə vuran ağdamlıların çərçivəyə gedən 5 zərbəsi qolla tamamlanıb. Komandanın 779 ötürməsindən 741-i ünvana çatıb ki, bu da 95 faiz dəqiqlik deməkdi. Maraqlıdı ki, bu qədər hücuma, topa sahibolmaya baxmayaraq "Qarabağ" görüş ərzində 1 dəfə də ofsayda düşməyib.
Tur ərzində ən dəqiq ötürmə faizləri də "Qarabağ"dadı. Riçard Almeyda görüş ərzində 100-dən çox dəqiq ötürmə ilə yadda qalıb. Rəşad Sadıqov 104 cəhddən 97-də topu digər "Qarabağ"lıya çatdıra bilibsə, Qara Qarayev daha unikal göstəriciyə imza atıb. Belə ki, 22 yaşlı yarımmüdafiəçinin 91 ötürməsindən 90-ı dəqiq olub və ya başqa sözlə 99 faizlik göstəriciyə sahib çıxıb. Elə Maksim Medvedev də 99 faizlik nəticə göstərib. Amma o, 78 ötürmədən 77-sini dəqiq tamamlaya bilib. 
qarabagh.com
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər