Reynaldo yenə ən yaxşı oldu

Reynaldo yenə ən yaxşı oldu
Topaz Premyer Liqasında ötən turun ən yaxşı futbolçuları məlumdu. Fanat.az xəbər verir ki, Peşəkar Futbol Liqası ənənəvi olaraq, "InStat Football" şirkətinin təqdim etdiyi statistik məlumatlar əsasında XXX turun rəmzi komandasını müəyyən edib.
Rəmzi komandada "İnter"in üstünlüyü var - 5 futbolçu. "Neftçi" və "Bakı"nın 2, "Simurq"la "Qarabağ"ın 1 üzvü fərqlənib. Turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Silva olub.
Qapıçı: Saşa Stamenkoviç (Neftçi).
Müdafiəçilər: Matiya Spiçiç (İnter), Yohan Bokonyano (İnter), İqor Mitreski (Neftçi), Etto (Bakı).
Yarımmüdafiəçilər: Mikel Alvaro (İnter), Abdulla Abatsiyev (İnter), Asif Məmmədov (İnter), Əfran İsmayılov (Bakı).
Hücumçular: Reynaldo (Qarabağ), Draqan Çeran (Simurq).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər