Topaz Premyer Liqasında dekabr, fevral və mart aylarının ən yaxşı futbolçuları və ən gözəl qolların müəllifləri açıqlanıb. Fanat.az xəbər verir ki, idman jurnalistləri arasında keçirilən sorğunun nəticələrinə əsasən “Qəbələ”nin futbolçusu Daniel Subotiç dekabrda, “Qarabağ”ın futbolçusu Reynaldo Silva isə fevral və mart aylarında Topaz Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.
Peşəkar Futbol Liqasının rəsmi saytında keçirilən sorğuların nəticələrinə əsasən ötən aylarda vurulmuş ən gözəl qolların müəllifləri də müəyyənləşib. AZAL-dan Con Oluremi dekabr və martda, "Qarabağ"dan Reylando Silva fevralda ən gözəl qola imza atıb.
“Fairmont Baku” mehmanxanasında keçirilmiş tədbirdə qaliblərə Peşəkar Futbol Liqasının hədiyyələri və "Topaz"ın pul mükafatları təqdim olunub.
Fanat.az