Rəqibi komada olan pilota məktub yazdı

Rəqibi komada olan pilota məktub yazdı
1998 və 1999-cu illərdə "Formula 1" çempionu olan Mika Hakkinen uzun illər rəqib olduğu Mixael Şumaxeri unutmayıb. Fanat.az xəbər verir ki, pilot Alp dağlarında xizək sürərkən yaralanan və komada olan həmkarına dəstək məqsədi ilə məktub yazıb.
Almaniyanın "Bild" qəzetinin yayımladığı məktubda Hakkinen Şumaxerdən yaşamaq uğrunda mübarizədən əl çəkməməyi tövsiyyə edib: "Keçirdiyin qəza sənin üçün sadəcə başqa bir mübarizədi. Mübarizədən vaz keçmə. Pistdə olduğu kimi savaşmağa davam et".
1995-ci ildə Adelaydedə keçirdiyi qəzanı xatırladan Hakkinen daha sonra bu sözləri yazıb: "Mən o qəzadan ailəmin və həkimlərin dəstəyi ilə qurtuldum. Sənin də eyni dəstəyi aldığına inanıram" 
Şumaxerin səbrli olmalı olduğunu qeyd edən dünya çempionu məktubunu bu sözlərlə bitirib: "Mənə bir yaxşılıq et: sadəcə bir dəfə zamanı yenməyə çalışma. Bu yarışda zamanı keçmək məcburiyyətində deyilsən. Ehtiyacın olan bütün vaxtdan istifadə et. Özünü yorma".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər