"Bakı"nın transferə çıxardığı Rəhman Hacıyevin karyerasını hansı klubda davam etdirəcəyi bəlli deyil. Fanat.az xəbər verir ki, gənc hücumçu üç Premyer Liqa klubundan təklif alıb.
Belə ki, "Sumqayıt", AZAL və "Rəvan" Hacıyevi heyətində görmək istəyir. Futbolçu qərarını tezliklə verəcək.
Qeyd edək ki, 2009-cu ildə "Bakı"nın əsas heyətinə yüksələn Rəhman 44 oyunda 2 qol vurub.
Fanat.az