Rail qayıtdı, yeni transerlər başladı

Rail qayıtdı, yeni transerlər başladı
2013/14 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək "Qəbələ" dünən qonşu ölkədə ilk məşqinə çıxıb. Fanat.az xəbər verir ki, Yuri Syominin başçılığı altında baş tutan məşqə yeni transferlər - Ruslan Tağızadə və Rafael Santosla yanaşı uzun zamandı zədə üzündən yaşıl meydanlardan uzaq düşən Rail Məlikov da qatılıb. 
Əməliyyatdan sonra bərpa prosesi keçən Sadiq Quliyev isə komandadan ayrı çalışıb. Onun bir həftə sonra kollektivlə birlikdə hazırlıqlara qatılacağı gözlənilir. 
Günü iki məşqlə qapayan komanda günün birinci yarısında əsasən topsuz çalışmalara üstünlük verib. İkinci məşqdə isə toplu çalışmalar üstünlük təşkil edib. Günə ikitərəfli oyunla yekun vurulub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər