"Qəbələ" cari mövsüm olduqca xoş təsir bağışlayır. Hazırki mövqedə qərarlaşmaları heç də təsadüfi deyil. Qışda etdikləri transferlərlə də gücləniblər". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov ilk yarıda iki dəfə yenidikləri "Qəbələ"nin bu oyunları unutmadığını bildirib: "Çempionatın ilk yarısındakı qazandığımız qələbələr hazırda bizə bir şey vermir. Təbii ki, hazırda rəqibimiz ilk 2 oyunu unutmayıb. Daha yaxşı və fərqli hazırlaşacaqlar".
"Qarabağ"ın baş məşqçisi "Xəzər Lənkəran"a məğlubiyyəti unutduqlarını deyib: "Xəzər Lənkəran"la oyunu artıq unutmuşuq. Daha doğrusu, məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir. Eyni zamanda azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. "Xəzər Lənkəran"la oyunda qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər, amma ruh düşkünlüyünə səbəb ola bilməz. Qeyd etdiyim kimi, qarşıda hələ uzun bir marafon var. Qarşıdakı oyunlara motivasiya olmaq lazımdı".
Fanat.az