"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir futbolçu ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, baş məşqçi qış fasiləsindən sonra Tural İsgəndərovu komandada görmək istəmir.
Belə ki, Qurbanov bacısı oğlunun təcrübə toplaması və gələn mövsümdən əsas heyətdə oynaya bilməsi üçün icarəyə verilməsini istəyir. "Qarabağ" 21 yaşlı hücumçunu Premyer Liqa təmsilçilərindən birinə mayadək icarəyə verəcək.
Qeyd edək ki, Qurbanov cari mövsümdə bacısı oğluna cəmi bir Premyer Liqa matçında oynamaq şansı verib. "Qəbələ" ilə avqustun 25-də keçirilən matçın 65-ci dəqiqəsində meydana çıxan Tural 25 dəqiqə oynayıb. İsgəndərov 2009-cu ildən "Qarabağ"ın əsas heyətində 20 oyun keçirib.
"Qarabağ"ın Turaldan başqa daha bir neçə gənc üzvünü icarəyə verməsi gözlənilir.
Fanat.az