"Qalatasaray"ın futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau Hollandiya mətbuatına maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, aktrisa əri ilə bağlı düşüncələrini gölüşüb.
Sneydərə inandığını deyən Yolante "Ona güvənim sonsuzdu. Amma gələcəkdə nələrin baş verəcəyini indidən demək olmaz. Ueslinin məni heç bir zaman aldatmayacağını iddai edə bilmərəm" deyib.
Gözəl aktrisa yataq sirrləri barədə də danışıb: "Yataq otağında olduqca rahatıq. Bəzi qadınlar yataqdan çılpaq çıxmağa cəsarət edə bilmir. Ya da bunu sadəcə işıqlar sönəndən sonra edə bilirlər. Mənim isə bununla bağlı heç bir problemim yoxdu. Birlikdə keçirdiyimiz zamanın keyini çıxarırıq. Məncə, bu ailə həyatında önəmli məqamdı".
Fanat.az