"Valensiya" son illərdə yaşadığı maliyyə problemlərindən qurtula bilər. Fanat.az xəbər verir ki, İspaniya klubuna Sinqapurdan təklif var.
Bir müddət əvvəl satışa çıxaran kluba Sinqapurun 10 ən varlı iş adamından biri olan Peter Lim elçi düşüb. Asiyalı iş adamı "Valensiya"nın səhmlərinin 70 faizini almaq istəyir.
Məlumata görə, Lim "Valensiya"nın Bankia Bankına olan bütün borclarını ödəməyi və kluba 400 milyon avro yatırım qoymağı vəd edib. Anlaşmanın yanvarın 15-dək tamamlanacağı gözlənilir.
Xəbəri "Valensiya"nın prezidenti Amadeo Salvo təsdiqləyib: "Peter Limin təklifi inanılmazdı. Klubun hazırda 250-300 milyon avroluq dəyərini satmağa məcburuq. Lim banka və futbolçulara olan bütün borcları ödəyəcəyinə, stadionun tikintisini başa çatdıracağına və "Valensiya"nı keçmiş günlərinə döndərəcəyinə söz verdi. Onun təklifi bizim bütün problemlərimizi həll edəcək".
Salvo bildirib ki, sinqapurlu iş adımı klubu gücləndirmək istəyir: "Stadiondakı işləri bitirmək üçün 130, borcları qapatmaq üçün isə 200-300 milyon avroya ehtiyac var. Limin təklifi dünyada edilə biləcək ən yaxşı 2-3 təklifdən biridi. O, yanvarda komandanı gücləndirmək və "Valensiya"nı gələn mövsüm Çempionlar Liqasında görmək istəyir. Limin bu layihəsi dünya futbolundakı ən böyük işlərdən biri olacaq".
Fanat.az