"Traktorsazi" yenə xal itirdi

"Traktorsazi" yenə xal itirdi
İran çempionatında XX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" "Mis Kerman"ın qonağı olub.
Ötən tur liderliyi əldən verən Təbriz klubu yenə xal itirib. Hesabı 7-ci dəqiqədə "Mis Kerman" açıb. Matçın son dəqiqəsində isə Əli Kərimi "Traktorsazi"nin bərabərlik qoluna imza atıb - 1:1.
Bununla da Təbriz klubu və lider "Persepolis" arasındakı xal fərqi 5-ə çatıb. "Traktorsazi" hazırda 34 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Təbrizin digər təmsilçisi "Qostareş-Fulad" isə "Səba Qum"u qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qostareş-Fulad" 20 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər