"Timsal" "Aslan"ı coşdurdu - VİDEO

"Timsal" "Aslan"ı coşdurdu - VİDEO

Türkiyə Kubokunun ilk finalçısı müəyyənləşib. Fanat.az xəbər verir ki, "Qalatasaray" "Bursaspor"u mübarizədən kənarlaşdıraraq finala adlayıb.

İlk matçda 2:2 hesablı bərabərliyə razılaşan "Cim-Bom" səfərdə böyükhesablı qələbə qazanıb. "Bursaspor" ilk yarının əvvəllərində 2:0 hesablı üstünlük yaradıb. Bundan sonra özünə gələn "Qalatasaray" 5 qol vurub. İstanbul klubunun heyətində Burak Yılmaz dubl edib, Uesli Sneyder, Selcuk İnanı (penalti) və Felipe Melo (penalti) hərəyə bir dəfə fərqlənib. İki qol vuran Burak 83-cü dəqiqədə qırmızı vərəqə alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər