"Şükrü Saracoğlu"nda canlı Atatürk imzası - FOTO

"Şükrü Saracoğlu"nda canlı Atatürk imzası - FOTO

“Fənərbaxça”nın ev oyunlarını keçirdiyi “Şükrü Saracoğlu” stadionu dünən Milli Suverenlik və Uşaq Bayramı çərçivəsində tarixi bir ana ev sahibliyi edib. Fanat.az xəbər verir ki, İstanbul klubunun aşağı yaş qrupu üzrə komandalarının üzvlərinin təşkilatçılığı ilə stadionda bir araya gələn 1907 nəfər vizual olaraq Atatürk imzasını yaradıb. 

Tədbirdə klub rəsmiləri Turhan Şahin və Şekip Mosturoğlu, idarə heyətinin üzvü Yalçın Haker iştirak edib. Tədbirdə 1907 nəfərin iştirakına gəlincə, bu “Fənərbaxça”nın yaranma tarixini göstərir - 1907-ci il.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər