"Slavik elə zərbə vurur ki..."

"Slavik elə zərbə vurur ki..."

Aqil Məmmədov "Neftçi" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi məğlub komandadan razı qalıb:

“Uduzsaq belə, mən oyunçularımdan razıyam. İkinci hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. Uduzmamalı idik. Ən azından heç-heçə edə bilərdik. Mən futbolçulara təşəkkür edirəm. Mövsümün ən yaxşı oyununu sərgilədik. Komanda olaraq, istənilən vəziyyətləri araşdırır, təhlil edirik. Məşq zamanı standart vəziyyətlərdə aldığımız nəticələrlə oyundakı nəticələr fərqlidi. Slavik Alxasov məşq zamanı elə zərbə vurur ki, az qala qapı toru parçalansın. Amma oyunda bunu bacarmadı. Futbolçuların keyfiyyətindən çox şey asılıdı”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər