"Simurq"un hazırlıq planı açıqlandı

"Simurq"un hazırlıq planı açıqlandı
"Simurq" qış təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. Fanat.az xəbər verir ki, komanda qardaş ölkəyə yanvarın 8-də yola düşəcək və ilk məşqinədə elə həmin gün çıxacaq. 
Antalyananın Side bölgəsində yerləşən "Sueno" otelindən məskunlaşacaq Zaqatala təmsilçisinin burada dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutulub. Yanvarın 26-da isə Georgi Çixradzenin yetirmələri ölkəyə qayıdacaq və hazırlıqları doğma arenada davam etdirəcək. 
Qeyd edək ki, qış təlim-məşq toplanışı çərçivəsində "Simurq"un keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri və tarix dəqiqləşəndən sonra əlavə məlumat veriləcək.  
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər