"Rəvan"ın oyunçusu hakim söyüb

"Rəvan"ın oyunçusu hakim söyüb
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XXX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Rəvan”ın futbolçusu İmran Təhmirazlı “Qarabağ”la matçının 90+1-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 4 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimələnib.
"Qəbələ"in oyunçusu Ramazan Həsənov, AZAL-ın üzvü Adil Nağıyev və "Bakı"nın futbolçusu Elşən Rzazadə  idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hər 3 futbolçu 1 oyunluq cəzalanıb, klubları 100 manat cərimə edilib.
"Neftçi" isə "İnter"lə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat ziyana düşüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər