"Rəvan" təsdiqlədi: Diniyev istefa verib

"Rəvan" təsdiqlədi: Diniyev istefa verib
"Rəvan"ın baş məşqçi dəyişikliyinə hazırlaşdığı barədə xəbər vermişdik. Belə ki, komandanı qış fasiləsinədək çalışdıran Şahin Diniyevi Güvenç Kurterin əvəzləyəcəyini qeyd etmişdik. Bu barədə Türkiyə mətbuatına açıqlama verən mütəxəssis "Rəvan"la prinsipial anlaşma əldə etdiyini bildirmişdi.
Artıq "Rəvan" Diniyevin komandadan ayrıldığını təsdiqləyib. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev futbol11.az saytına açıqlamasında baş məşqçinin istefa verdiyini bildirib: "Biz baş məşqçi Şahin Diniyevlə yollarımızı ayırdıq. Artıq o, "Rəvan"ın baş məşqçisi deyil. Şahin müəllim istefası ilə bağlı bizə 3 gün bundan öncə müraciət etdi. Mən rəhbərliklə danışdım. Amma rəhbərlik bildirdi ki, yola məhz Diniyevlə davam etmək fikrindədilər. Amma baş məşqçi ikinci dəfə bununla bağlı müraciət etdi. Və biz onun istefasını qəbul etdik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər