"Rəvan" "Rixos Lares"də

"Rəvan" "Rixos Lares"də
"Rəvan”ın qış fasiləsi üçün hazırlıq planı çərçivəsində yanvarın 5-də toplaşacağını xəbər vermişdik. Onu da qeyd etmişdik ki, hazırlığın ilk mərhələsində - 5-12 yanvar aralığında komanda Mərdəkandakı "Dalğa Arena”da hazırlıqlaşacaq. Yanvarın 14-dən 26-na qədər isə hazırlıqlar Türkiyənin Antalya şəhərində davam etdiriləcək. 
Artıq "Rəvan"ın qardaş ölkədə məskunlaşacağı məkan da müəyyənləşib. Fanat.az xəbər verir ki, Bakı klubu Antalyada 5 ulduzlu "Rixos Lares Hotel”də qalacaq. 
Antalyanın cənub-şərqindəki, Aralıq dənizinin sahilində yerləşən Lara bölgəsindəki mehmanxananın əsas üstünlüklərindən biri bilavasitə otelin yaxınlığında bir neçə futbol meydançasının olmasıdı. Komanda orada 4 yoxlama görüşü keçirməyi planlaşdırılır. Amma hələ ki rəqiblər dəqiqləşməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər