"Rəvan" qış hazırlıq planı çərçivəsində yanvarın 5-dən əməli fəaliyyətə başlayıb. Fanat.az xəbər verir ki, komanda "Bayıl Arena”da yeni baş məşqçi Güvenç Kurtarın rəhbərliyi altında hazırlıq keçir.
Gündə 2 dəfə məşq edən futbolçular arasında hələ ki legionerlər yoxdu. Əvəzində baş məşqçi əvəzedici komandadan bir neçə futbolçunu sınayır. Hələlik məşqlər intensive xarakter almayıb. Kurtar daha çox düşərgədə olanlara öz oyun fəlsəfəsini başa salmağa çalışır.
Fanat.az