Albaniyanın baş naziri Edi Rama Avro-2016-nın seçmə qrup mərhələsində Serbiya ilə yarımçıq saxlanılmış oyundan sonra millilərinin üzvləri ilə fəxr etdiyini bildirib. Fanat.az xəbər verir ki, o, hadisənin günahkarı kimi meydan sahiblərini nişan verib.
"Təssüf ki, qonşularımız bayrama zəhər qatdılar. Ancaq bizim "qırmızı-qaralar"ın sərgilədikləri futbolla fəxr edirəm".
Qeyd edək ki, matç 41-ci dəqiqədə hesab 0:0 olarkən dayandırılıb. Buna səbəb pilotsuz təyyarənin Albaniya bayrağına bürünərək stadiona endirilməsi olub. Serbiya yığmasının müdafiəçisi Stefan Mitroviçin bayrağı cırmaq cəhdi futbolçular arasında davaya səbəb olub ki, nəticədə azarkeşlər də bu hadisəyə müdaxilə edib.
Fanat.az