"Penaltidən yaxa qurtara bilmirik"

"Penaltidən yaxa qurtara bilmirik"

“Çox maraqlı oyun alındı. İstər qollar, istərsə də mübarizə baxımından azarkeşlər maraqlı oyun izlədi”. Fanat.az xəbər verir ki, bu sözləri 2:2 hesabıyla bitən “Bakı” - “Xəzər Lənkəran” matçının ardından düzənlənən mətbuat konfransında qonaqların baş məşqçisi Mustafa Dənizli deyib.

 

 Türkiyəli çalışdırıcı penaltidən “yedikləri” qola toxunub: “Artıq neçənci dəfədi penaltilərdən yaxa qurtara bilmirik. Ümid edirəm ki, bu oyun sonuncu belə matç olacaq. Bu gün əsas heyət oyunçularına ona görə istirahət verdim ki, mövsümün startından komandanın yükünü daşıyıblar. Qarşıdakı kubok matçı hər iki komanda üçün çox vacibdi”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər