"Mən buna alışa bilmirəm." - MÜSAHİBƏ

"Mən buna alışa bilmirəm." - MÜSAHİBƏ

"Qalatasaray"ın holland ulduzu Uesli Sneyder klubun rəsmi dərgisinə müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

- "Qalatasaray"a transfer olunduqdan sonra "bir hədəfə çatdıqdan sonra hər zaman bir sonrakı addımı düşünməyə başlayıram" demişdin. İndiyə qədər "Qalatasaray"dakı hədəflərinə çatmısan?

- Buraya gəlməzdən əvvəl "Qalatasaray"ın sadəcə Türkiyədə deyil, bütün dünyada tanınan bir klub olduğunu bildirib. Bu səbəbdən "Qalatasaray"ı seçdim. Burda olduğum və bu klubu təmsil etdiyim üçün çox xoşbəxtəm. Azarkeşlərin dəstəyini görəndə anlayıram ki, doğru yerdəyəm və doğru qərar vermişəm. Yeni hədəf məsələsinə gəlincə, onu deyə bilərəm ki, istəyimə çatmışam. Çünki hədəfim doğru yerə geğmək idi və mən bunu bacardım.

- Bir ildi Türkiyədəsən. Türkiyə futbolu haqqında nə düşünürsən? Burda nəyə təəccübləndin?

- Burda o qədər gözəl mövsüm keçirdim və məni narahat edən bir şey olmadı. Çempion olduq, Avropada uğurlu çıxış etdik. Onsuz da bura gəlməzdən öncə hədəflərim böyük idi. Yaxşı stadionumuz var və möhtəşəm azarkeşlərimiz var. Komanda üçün yaşayan bu insanların arasında olmaq, yəni bu ölkədə yaşamaq məni xoşbəxt edir. Bu qədər azarkeşin dəstəyini hiss edib oynamaq çox gözəldi. 

- İstanbulda günlərin necə keçir. Yollardakı tıxacla aran necədi?

- Mən 16 milyonlun bir ölkədən gəlirəm. Yəni bu rəqəm İstanbulun əhalisi ilə eynidi. Tıxacda qalmaqdan nifrət edirəm. Siz bununla yaşamağa, günən hər anı 40-45 dəqiqə tıxacda qalmağa alışmalısınız. Amma mən buna alışa bilmirəm.

- Milli komandadakı baş məşqçin Luis Van Qaalın sənə İngiltərəyə transfer olunmağı məsləhət görməsi ilə bağlı xəbərlər yayıldı. Bu xəbərlər həqiqətdi? Xüsusən "Mançester Yunayted"in səninlə maraqlandığı deyilir... 

- Bu doğru deyil. Van Qaal mənə belə bir məsləhət verməyib. Ona "Qalatasaray"a gedirəm" deyəndə mənfi bir söz söyləmədi. Çünki o da mənimlə eyni fikirdə idi. Çempionlar Liqası səviyyəsinldə yaxşı bir komanda olduğumuzu bilir. Van Qaal bu qərarı verəndə mənə ən çox dəstək olan insanlardan biri oldu.

- "Yuventus"a vurduğun qol inanılmaz idi. Zərbəni bir saniyə öncə və ya bir saniyə sonra vursaydın, böyük ehtimalla qol olmayacaqdı. Tam zamanında qapıya baxmadan möhtəşəm bir zərbə vurdun. Həmin epizodda qol vuracağını hiss edirdin?

- Matçdan öncə qol vuracağımı hiss etmədim, amma qələbə qazanacağımıza inanırdım. Oyun zamanı qol vurub-vaurmayacağımı düşünmürəm. Yalnız zəfəri və komandanı fikirləşirəm. Epizodlar isə anidən yaranır və başqa şeylər düşünməyə fürsət olmur. Əlbətdə qol vurmaq önəmlidi, amma komandanın qələbəsi əsasdı.

- Bəs qol vurandan sonra nə hiss etdin?

- "Yuventus"a vurduğum qol mənim üçün çox özəldi. İnanılmaz bir həyacan var idi. Klub tarixi, komanda yoldaşlarım, azarkeşlər üçün unudulmaz bir an və gün oldu. Çempionlar Liqasında mərhələ keçməyə səbəb olan qolu dəyərləndirmək asan deyil. 

- Çempionlar Liqasında Joze Mourinyonun başçılıq etdiyi "Çelsi" ilə qarşılaşacaqsınız. Keçmiş baş məşqçin Jozeyə rəqib olmaq sənin üçün nə deməkdi?

- Mourinyo mənim üçün özəl insandı. Aramızda məşqçi-futbolçu münasibətlərindən başqa bir bağ da var. Onunla bütün kubokları qazanmışam. Amma meydana çıxanda onu yenə bilmək üçün əlimdən gələn hər şeyi edəcəm. Eyni şəkildə o da məni məğlub etmək üçün hər şeyi edəcək. Bu normal haldı. Yenə də xatirələri yada salmaq, bir-birimizi qısa müddət də olsa görmək gözəl olacaq. Amma yenə deyirəm, onu yenmək istəyirəm. Jozeni məğlub etmək aramızdakı dostluğa təsir etməyəcək (gülür).

- Daha öncə onunla həftədə 1-2 dəfə danışdığınızı demişdin. Püşk atılandan sonra danışmısınız?

- Hə, danışmışıq. Dedi ki, "ümid edirəm İstanbuldakı oyunda qar yağmaz" (gülür).

- Sən rəqib olaraq kimi istəyərdin? Ümumiyyətlə "Çelsi" ilə oyunlarda şansınız nə qədərdi?

- Püşk istədiyim kimi olmadı. Düzdü, ən gücü yarışda ən güclü 16 komanda arasına düşmüşüksə, rəqibin kimliyi önəmli deyil. Bu səviyyədəki komandalar Avropanın ən yaxşılarıdı. "Çelsi" asan rəqib deyil. Bizim işimiz mərhələni keçəcəyimizə insanmaq və son 8 komanda arasında yer almaqdı. Bu saatdan sonra sadəcə "onları necə məğlub edə bilərik" deyə düşünməliyik.

- Super Liqanın ikinci dövrəsi barədə nə düşünürsən? 17 turda xal fərqini azaltmaq mümkün olacaq?

- Öncəliklə ikinci yarıda yaxşı oynamalı və xal fərqini qapatmalıyıq. Beynimizdə yalnız bu sözlər olmalıdı: yaxşı oynamaq. Bundan sonra xal itirə bilməyəcəyimizi başa düşürük və hələ də çempion olmaq istəyirik. Həmçinin Çempionlar Liqasında da iddialıyıq. Bütün gücümüzü qoyub, daha çox motivasiya olunsaq, bu hədəfləri gerçəkləşdirə bilərik. 

- "Qalatasaray"da duran topları vura biləcək çox yaxşı oyunçular var. Sən, Səlcuk İnan, Burak Yılmaz və Didye Droqba… Matçdan öncə kimin hardakı zərbələri vuracağını qərarlaşdırırsınız, yoxsa özünü həmin anda yaxşı hiss edən vurur?

- Əlbətdə sərbəst zərbələri vurmaq istəyirəm. Bu mənim oyunumun güclü tərəflərindən biridi. "Ayaks", "İnter", "Real" və milli komandada bu zərbələri həmişə mən vurmuşam. Amma "Qalatasaray"da cərimə zərbələrini ən az mənim qədər yaxşı vuran oyunçular var. Qol olandan sonra bütün mübahisələr bitir və hər kəs sevinir. Bəzən azarkeşlər zərbəni vurmaq istədiyi oyunçunun adını qışqırır və biz də ona şərait yaradırıq. Buna görə heç vaxt israr etmirəm. Bəzən topu götürürəm və mən vuracam deyirəm. Komanda yoldaşlarım da heç nə demir, aramızda problem yaranmır.

- Meydanda bir-biri ilə yaxşı anlaşan oyunçular var. Sənin ən yaxşı anlaşdığın oyunçu kimdi?

- Əlbətdə Didye Droqba. Hər şeydən əvvəl eyni dili danışırıq ki, bu da çox önəmlidi. Beynəlxalq təcrübəsi olan oyunçularıq. Həm də meydanda bir-birimizə yaxın mövqedə oynayırıq.

- Roberto Mançininin gəlişindən sonra daha yaxşı oynayırsan. Onun rəhbərliyi altında meydana çıxdığın 9 matçda 6 qol vurmusan. Bununla bağlı nə düşünürsən?

- Baş məşqçinin sənə güvənməsi önəmlidi. Bura gəldiyi gündən çox danışmışıq. Hələ də tez-tez söhbət edirik. Mənim bacarığımı bilir və nəticə ala biləcəyi yerdə oynadır. Daha öncə oynadığım yerdən fərqli bir yerdəyəm və daha azadam, istədiyim kimi oynayıram. Bu da mənim səviyyəmi ortaya çıxarır. Mənim kimi oyunçular üçün doğru yerdə oynamaq çox önəmlidi. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər