"Kubokda iddiasız komanda olmayacaq"

"Kubokda iddiasız komanda olmayacaq"

"İstədik ki, klublar avrokuboklara da vəsiqə qazananda ölkəmizi uğurla təmsil etsinlər. Buna görə kubokda iddiasız komanda olmayacaq". Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Musayev ötən illərlə müqayisədə I diviziona nəzarətin gücləndiyini bildirib: "Ötən illə müqayisədə I diviziona bu il daha çox nəzarət olunur. Çempionat başlayanda qərar gəldik ki, I divizionla Premyer Liqada oyunlar üst-üstə düşməsin. İndi I divizionda çəkiliş aparılır. Orda keçirilən bütün oyunlara baxılır. Qayda pozuntularının aşkarlanmasına səbəb odur ki, daha çox nəzarətdə saxlayırıq. Bizim əsas işimiz odur ki, Premyer Liqa klublarının diqqətini I diviziondakı gənc futbolçulara yönəldək".

PFL prezidenti bildirib ki, kubok oyunlarında da çempionat görüşlərində istifadə olunan toplardan yararlanacaqlar.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər