"Kardiff Siti"nin sahibi daha bir klub aldı

"Kardiff Siti"nin sahibi daha bir klub aldı
İngiltərə Premyer Liqasında çıxış edən Uels klubu "Kardiff Siti"nin sahibi Vinsent Tan Bosniya və Hersoqovinada da klub alır. Fanat.az xəbər verir ki, malaziyalı iş adamı paytaxt Sarayevonı təmsil edən eyni adlı klubun alışı ilə bağlı rəhbərliklə razılığa gəlib. Klub yanvar ayında keçiriləcək İdarə Heyətinin toplantısında ona təhvil veriləcək.
Qeyd edək ki, Vinsent Tan 2010-ci ildə aldığı "Kardiff Siti"nin rənglərini maviyə çevirərək loqosunu dəyişmiş və bununla da uelsli fanatların etirazına səbəb olmuşdu. 1,3 milyard dollarlıq sərvətlə Malaziyanın ən varlı adamlarından biri olan 61 yaşlı iş adamının sahibi olduğu Uels klubu ilə "Srayevo" bir müddətdi futbolçu alış-verişi ilə bağlı əməkdaşlıq edirdi. Tan Sarayevoda futbol akademiyası açmağa söz vermişdi. Onun yayda klub üçün tanınmış futbolçuları alacağı gözlənilir.
Təbii ki, "Srayevo" azarakeşləri "Kardiff Siti"nin başına gələnlərin onları da gözləməsindən narahatdı. Lakin Tan klubu satın alarkən rənglərini və loqosunu dəyişməyəcəyinə söz verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər