Alp dağlarının Fransa ərazisinə düşən hissəsində xizək sürərkən ağır yaralanan və komaya düşən Mixael Şumaxerin 45 yaşı tamım olub. Fanat.az xəbər verir ki, məşhur "Formula 1" pilotu 46 yaşına komada keçib.
Dünyada minlərlə insan "Twitter"dən Şumaxerin doğum gününü təbrik edib. Təbii ki, F1 pilotları da onu unutmayıb.
Braziliyalı F1 pilotu Lusiano Burti "Twitter"də bu sözləri yazıb: "Bu gün Mixaelin doğum günüdü. Əminəm ki, ən qısa zamanda aramıza dönəcək". O, "Instagram" da Şumaxerlə çəkdirdiyi şəkili paylaşıb.
"McLaren"in pilotu Censon Button da Şumini unutmayıb: "Mixael Şumaxer və ailəsinə doğum günündə ən gözəl arzularımı çatdırıram".
Felipe Massa "Doğum günün mübarək, qardaşım! Güclü olacaqsaq, əsla vaz keçməyəcəksən. Dualarımız səninlədi" sözlərini paylaşıb.
"Marussia"nın fransız üzvü Jules Biançi "Doğum günün mübarək, Şumi! Ayağa qalxmağı bacaracaqsan. Mübarizəyə davam" sözləri ilə əfsanəvi pilota dəsiək verib.
Bir vaxtlar "Ferrari"nin şərəfini qoruyan braziliyalı veteran pilot Rubens Barriçello də Şumaxerə dəstək verib: "Haydi adamım, mübarizəyə davam. Bilirəm ki, savaşırsan və qalib gələcəksən".
Fanatları da Şumaxeri doğum günündə unutmayıb. Məşhur pilotun doğulduğu Kerpendəki go-kart pistinə toplaşan minlərlə insan şam yandırıb, üzərinə "keçmiş olsun" yazdıqları ti-şört, şapka və şarfları tel hörgülərin üzərinə asaraq, onun doğum gününü qeyd ediblər.
Mixael Şumaxer fan-klubunun rəhbəri Mixael Viehmann tədbirdə çıxış edərək dünyanın bir çox ölkəsindəki fanatlardan mesajlar aldıqlarını bildirib: "Şumaxerin yeni yaşına bu formada girməsi hamımızı məyus edir. Ailəsi və sevdikləri başının üstündə doğum gününü qeyd edir. Biz də onun yanındayıq. Mixael, hər zaman yanındayıq. Ən qısa zamanda sağalmağını arzulayırıq. Doğum günün mübarək. Dünyanın hər yerindən Şumaxer fanatları mesaj göndərir. İndi ailəni narahat etməmək üçün onları toplayırıq. Ümid edirik ki, ən qısa zamanda bütün mesajları Şumaxerə təqdim edəcəyik".
Şumaxerin doğum gününü qeydə etmək üçün Frankfurtdan Kerpenə gələn Ritano Vinçenzo çıxışında bu sözləri deyib: "Ümid edirəm ki, Mixael Şumaxer bu yarışı da qazanacaq".
Uşaqları ilə birlikdə go-kart pistinə yollanan Torsten Spornberger də ona inandığını bildirib: "Şumaxerin doğum gününü təbrik edirəm. İnanıram ki, ən qısa zamanda sağalıb ailəsinin və sevənləiinin əhatəsində olacaq".
Fanat.az