"Güvənməsələr, çağırmazdılar"

"Güvənməsələr, çağırmazdılar"

“1996-cı ildə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatına dəvət aldığımı yaxşı xatırlayıram. Hərçənd bəzi xırdalıqları yada salmaq çətindi”. Bu sözləri Fanat.az-a açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Beynəlxalq dərəcəli hakim gənc FİFA referisi Əliyar Ağayevin mayın 9-dan 21-dək Maltada baş tutacaq AÇ-yə yollanacaq 6 referidən biri olmasını böyük etimad saydığını dilə gətirib: “Bunu ali futbol qurumunun böyük etimadı sayıram. Əliyar istedadlı referidi. Yaşının az olması isə onun üçün əlavə üstünlükdü. Şansından mütləq faydalanmalıdı. Güvənməsələr, çağırmazdılar. İnanıram ki, Azərbaycanı layiqincə təmsil edəcək. Bizdə həmişə güclü hakimlər olub. Tofiq Bəhramov, Eldar Əzimzadə kimi hakimlər yetişdirən ölkənin hakimlik məktəbini uğurla təmsil etməyə Əliyarın bacarığı çatar. Hamımız ona dəstək olmalıyıq. Gənc referiyə uğurlar arzulayıram. İnşallah, gələcəkdə AÇ-nin finalını idarə edər”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər