"Fırtınalar meydanı" "Böyük oyun"a hazır olacaq

"Fırtınalar meydanı" "Böyük oyun"a hazır olacaq

"Bilirsiniz ki, ən çox qar Lənkəranda yağıb. Dünənə qədər meydançanı təmizləmək imkanımız yox idi. Hətta dünən də qar yağmaqda davam edirdi. Amma bu gün məşq proseslərini keçmək üçün ehtiyyat meydança tamamilə təmizlənib qurtaracaq". Fanat.az xəbər verir ki, bu sözləri publika.az saytına "Xəzər Lənkəran"ın mətbuat xuidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

 

Klub rəsmisi əsas meydançanın "Böyük oyun"a qədər hazır olacağını bildirib: "Sabahdan əsas meydançanın təmizlənmə işlərinə start veriləcək. Meydança "Böyük oyun"a qədər hazır olacaq. Oyunun təxirə salınması ilə bağlı  müraciət etməyi düşünmürük. Qarşıdakı 3 gün ərzində təmizləmə işləri başa çatdırılacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər