"Əliyar etimadı doğrultmalıdı"

"Əliyar etimadı doğrultmalıdı"

“Əliyar Ağayevin bu tur təyinat almaması burnundan əməliyyat olunmasıyla bağlıdı. Bildiyiniz kimi, mayın 9-dan 21-dək refri Maltdada 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatına dəvət alıb. Həmin vaxta qədər burnundakı çəpər əyriliyini aradan qaldırması lazım idi”. Bu sözləri Fanat.az-a açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Sədr daha sonra əlavə edib: “Əlbəttə, AÇ-yə dəvət Əliyar üçün yaxşı şansdı. Bu turnirə cəmi 6 referi çağırılıb və aralarında yaşca ən kiçiyi Əliyardı. Orda müxtəlif ölkələrdən olan 8 yan xətt hakiminin də xidmətindən istifadə edəcəklər. Laysmanlardan gürcü və erməni də var. Regionda yalnız Azərbaycandan referi çağırıblarsa, bu, böyük etimaddı. Etimadı doğrultmalıdı ki, gələcəkdə daha nüfuzlu turnirlərə dəvət alsın”.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər