Türkiyə PTT 1-ci liqasında VI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" "Alanyaspor"un qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Rail Məlikov matçın iştirakçısı olmayıb. Futbolçumuz 90 dəqiqə ehtiyatda qalıb.
Qeyd edək ki, "Dənizlispor" 8 turda 8 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.az