"Dədəmin "çeşka"sı getdi, qaqa" - ÇAYXANA SÖHBƏTİ

"Dədəmin "çeşka"sı getdi, qaqa" - ÇAYXANA SÖHBƏTİ

Ara-sıra çayxanada əyləşib futboldan danışan dostların müzakirələrini sizlərlə paylaşmağı özümüzə borc bilirik. Millinin Osiyek faciəsinin ardından yenə bir araya gəlmişdilər...

- Salam ə, üzünü görək.

- Salam qaqa.

- O günü saa zəng elədim, götürmədin.

- Nə vaxt?

- Serbiyaynan oynadığımız gün.

- Millinin axırıncı oyununu deyirsən? Serbiya döyüldü e, Xorvatiyaydı.

- Ə, fərqi nədi Yuqoslaviyaydı dana. Sən də quş axtar elə.

- Noolmuşdu gejə vaxtı?

- Noolajax, dədəmin təzyiqi qalxmışdı. Kişi əldən getmişdi, sən öl, üstünə "skoru" çağırdıx.

- Allah köməyi olsun, həyəcandan oluf dana, yəqin.

- Hə e, havalanmışdı. O uzun gədənin adı nədi, "17 nömrə"nin?

- Xorvatların oyunçusu?

- Hə.

- Mario Mancukiç...

- Onu söydü, söydü... Sonra da elə oturduğu yerdə əl-ayağı buza döndü.

- Bu Foqts milləti qırajax, qaqa. Milliyə nətəhər baxmıyasan, nətəhər üzülmüyəsən... Bu komanda Foqtsun dədəsinin mirası döyül axı, qaqa. Xalqındı e, xalqın.

- Ə, yox e sən də. Kişi “7 plyus” yazmışdı oyuna, gəlmədi. Allah köməyi olsun, Rəşad birin öz qapımıza vuranda dədəm qımışdı. Sevindi dana yazıq. “Çeşka”nı satıf varianta atmışdı.

- Düzü, Vallah, birinci dəyqədə Foqtsun taktikasını görəndə mən də yazmaq istəmişdim “7 plyus”. Yaxşı ki, yazmadım. Dədənin gününə düşəjəydim, yoxsa.

- Elxan Məmmədov oyunu satmışdı, maa elə gəlir.

- Satmaz əəə...

- Sən öl, satmasa da, 4-6 atıf. Nətər olur ə, 61 dəyqiyə 6 qol buraxan komanda qalan vaxtda 1 top buraxmır?  İndi UEFA-nın tədbiri adıynan aradan çıxajax, gedəjək Almaniyada pulu böləjəhlər Foqtsnan. Arada kişinin “çeşka”sı nətər getdi, qaqa.

- İndi Norveçnən oyunu gözdüyüllər.  Uduzsa, vsyo. Dalına təpiyi qoyajaxlar.

- O saa helə gəlir. Nemesdi e, müqaviləsində nəzərdə tutulan pulu qəpiyinə qədər almasa, getməz. Lap Bakıda Norveçə 0:10 uduzsaq da, istefa vermiyəjəh. Baxarsan...

- Mən də inanmıram.

- Qaqa, bu nemes, “Neftçi”dən, “Qarabağ”dan nə istiyir ki?

- İkisi də Avroliqanın qrupuna vəsiqə qazandığına görə, cırnıyır dana. İçi yanır axı, nağayrsın. Əvvəl millətin başın qata bilirdi. Amma indi klublar camaatı ayıldıf.  Hamı bilir ki, klub futbolunda inkişaf var. Özü yığmanı bir tərəfə çıxarda bilmiyif, ajığın klublardan çıxır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər