“Öncə Müstüqillik Günü münasibəti ilə sizi təbrik edirəm. Oyuna gəldikdə, onu deyim ki, böyük ərazi üstünlüyümüz var idi". Fanat.az xəbər verir ki, bu sözlər “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü çalışdırıcı bu gün Topaz Premyer Liqasının VIII turunda “Simurq”la görüşdə qeydə alınan qolsuz bərabərliyə şərh verib: “Cinahlardan düzgün hücüm qura bilmirdik. "Simurq" müdafiə futbolu oynamağı bacaran bir kollektivdi. Oyunda az qol epizodu yaratdıq, amma qələbə qazanmaq üçün şanslarımız var idi. Çox təəssüf ki, alınmadı. Biz 2 xal itirdik. Bu oyunu unudub, "Neftçi" ilə matça hazırlaşmalıyıq”.
Fanat.az